Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ölkəmizdə elə bir sahə yoxdur ki, orada Azərbaycanın Birinci vitse - prezidenti Mehriban Əliyevanın təşəbbüsü olmasın

0

  •                  Tarix boyu Azərbaycanı idarə edən böyük şəxsiyyətlərin yanında, onu sevən, ən çətin zamanlarında ona dəstək olan ana, bacı və ya ömür-gün yoldaşı sifətilə qeyrətli Azərbaycan qadını dayanmışdır. Buna misal olaraq Azərbaycanın ilk diplomat qadını Sara xatunun, İran şahı Keyxosrovun başını kəsmiş Tomris ananın və bunlara bənzər onlarla qəhrəman Azərbaycan qadınının adını çəkmək olar. Belə qadınlardan biri də bir neçə yüksək missiyanın daşıyıcısı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır.                 Mehriban xanımın fəaliyyətini bir prizmadan dəyərləndirmək mümkün deyildir. Çünki, onun fəaliyyəti çoxşaxəlidir. Ölkənin siyasi, iqtisadi və mədəni həyatına nəzər salsaq hər yerdə Mehriban xanım Əliyevanın dəst-xəttinə rast gələrik. Təsadüfi deyildir ki, mədəni irsin qorunmasındakı misilsiz xidmətlərinə görə Mehriban xanım Əliyeva UNESCO-nun və İSESCO-nun "Xoşməramlı səfiri" seçilmişdir. O, Azərbaycanda və dünyanın bir çox ölkələrində maddi-mədəni irsin qorunub saxlanılmasına, onların bərpasına çox böyük töhfələr vermişdir.            Ümummilli Lider Heydər Əliyevin adını daşıyan "Heydər Əliyev Fondu"na da Mehriban xanım Əliyeva rəhbərlik edir. Bütün sahələrdə olduğu kimi, o, burada da qüsursuz və böyük əhəmiyyətə malik işlər həyata keçirir. Təkcə Heydər Əliyev Fondunun mailiyyə dəstəyi ilə iki yüzdən çox müasir avadanlıqlarla təchiz edilmiş məktəb binası tikilib şagirdlərin ixtiyarına verilmişdir. Fondun fəaliyyət göstərdiyi müddətdə müxtəlif xəstəliklərdən əziyyət çəkən minlərlə Azərbaycan vətəndaşı maddi durumlarının aşağı olduğundan müalicə almaq imkanlarının olmadığı barədə Mehriban xanım Əliyevaya müraciət etmiş, heç bir müraciət cavabsız qalmamış və həmi insanlar fondun vəsaiti hesabına öz sağlamlıqlar ına qovuşmuşlar. Ümumiyyətlə Heydər Əliyev Fondunun həyata keçirdiyi xeyirxah işləri sadalamaqla bitməz.                             Məlumdur ki, Azərbaycanda keçirilən Avrovizya müsiqi yarışması, 1- ci Avropa oyunları, İslam oyunları ölkə tarixinin ən parlaq səhifələrindəndir. Bu yarışların Azərbaycanda keçirilməsi də ölkəmizin güclü və demokratik ölkə olduğunu göstərir. Maraqlı burasıdır ki, bu yarışlardan heç birini qonşu dövlətlərdən nə Gürcüstan, nə də Ermənistan təşkil edə bilməyib. Bütün bu yarışların Təşkilat Komitələrinə Mehriban xanım Əliyevanın rəhbərlik etməsi , yarışların yüksək səviyyədə keçirilməsinə və dünya ölkələri tərəfindən yüksək qiymətləndirilməsinə gətirib çıxarmışdır.                    Dünyada baş verən dəyişikliklər ölkəmizdə də islahatların aparılmasını , çevik idarəetməni, idarəetmədə müxtəlif struktur dəyişikliklərini zəruri edirdi. Məhz bunları nəzərə alaraq ölkə Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017- ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci  vitse-prezidenti rezidenti təyin edildi. Onun bu vəzifəyə təyin edilməsi ölkədə aparılacaq islahatlara təkan verdi. İndi ölkə Başçısının idarəetmədə ona yaxından kömək edə biləcək ,onunla çiyin-çiyinə mübarizə aparacaq , güclü və etibarlı tərəfdaşı vardır.                                                                                 2020-ci ilin sentyabr ayının 27-də başlanan və Azərbaycanın tam qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi zamanı da ən ağır ,ən çətin günlərdə Ali Baş Komandan İlham Əliyevin xalqla bərabər ən böyük dəstəkçisi də məhz Mehriban xanım Əliyeva idi. Müharbədən sonrakı quruculuq işlərində də Mehriban xanım Əliyevanın rolu danılmazdır. Ölkə Başçısının işğaldan azad edilmiş ərazilərə bütün səfərlərində Mehriban Əliyeva onu müşayət edir, onunla birlikə görüləcək işlərə nəzər yetirirlər.                                     Mehriban xanım Əliyevanın fəaliyyətinə nəzər saldıqda, asanlıqla müəyyən etmək olur ki, o , fəaliyyət göstərdiyi bütün sahələrdə böyük uğurlara imza atmışdır. O, həm ölkənin 1-ci Vitse Prezidenti kimi, həm səriştəli bir dövlət xadimi kimi, həm ölkənin Birinci xanımı kimi, həm də xeyirxah bir ana kimi bütövlükdə Azərbaycan xalqının dərin hörmət və ehtiramını qazanmışdır. Biz bundan sonrakı bu çətin və şərəfli fəaliyyətində də ona uğurlar arzulayırıq.      Məlahət Əliyeva,  Xocalı rayon sakini şəhid ailəsi 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib33 dəfə
    Ölkəmizdə elə bir sahə yoxdur ki orada Azərbaycanın Birinci vitse prezidenti Mehriban Əliyevanın təşəbbüsü olmasın

    Maraqlı gələ bilər
    30
    33
    28